22 sentyabr 2024 15:08
96

"Quba" növbəti transferini reallaşdırıb

"Quba" basketbol klubu növbəti transferini reallaşdırıb.

“İki sahil” xəbər verir ki,  şimal təmsilçisi ABŞ-li Kameron Consla anlaşıb. O, yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb

1999-cu il təvəllüdlü basketbolçu karyerası ərzində "McNeese State University", "Jacksonville ST University", "South Carolina ST University" komandalarında oynayıb. "Quba" Kamerona qədər Malik Raşad Hant, Davonte Kraven, Simeon Kirklan kimi legionerləri heyətinə qatıb.