22 sentyabr 2024 18:00
87

"Formula 1" üzrə Sinqapur Qran-prisinin qalibi müəyyənləşib

"Formula 1" üzrə Sinqapur Qran-prisinin qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki,  "McLaren"in ingiltərəli pilotu Landro Norris bütün rəqiblərini qabaqlayıb. "Red Bull"un sürücüsü Maks Ferstappen ikinci, “McLaren”in digər üzvü Oskar Piastri isə üçüncü yerə çıxıb.

Qeyd edək ki, sentyabrın 15-də Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi "McLaren" pilotu Oskar Piastri olmuşdu.