22 sentyabr 2024 23:37
56

Superliqa: Arda Turanın komandası məğlub olub

Türkiyə Superliqasında VI turunun növbəti oyunu baş tutub.

“İki sahil” xəbər verir ki,  çempionluq mübarizəsi aparan “Beşiktaş” doğma meydanda Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”u qəbul edib. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 13-ə çatdıran “Beşiktaş” 3-cü pilləyə yüksəlib. “Eyüpspor” isə 9 xalla 6-cı sırada qalıb.