23 sentyabr 2024 11:25
75

"Roma"nın baş direktoru istefa verib

İtaliyanın "Roma" klubunun baş direktoru Lina Suluku istefa verib.

“İki sahil” xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtaliya mətbuatının yazdığına görə, o, baş məşqçi Daniele De Rossinin komandadan göndərilməsinə etiraz edən azarkeşlər tərəfindən təhdidlər aldığı üçün bu addımı atıb.

Qeyd edək ki, "Roma" 5 turdan sonra 6 xalla A Seriyasının turnir cədvəlində 10-cu yerdədir.