23 sentyabr 2024 12:07
76

Azərbaycan atleti Gürcüstanda uğurlu nəticə göstərib

Azərbaycan atleti Anna Yusupova Gürcüstanda təşkil olunan "Tbilisi Marafon 2024" beynəlxalq yarışında uğurlu nəticə göstərib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Milli üzvü yarımmarafonda 1:24:37 nəticə ilə 2-ci yeri tutub.

Qeyd edək ki, yarış sentyabrın 22-də keçirilib.