23 sentyabr 2024 14:59
86

"Mançester Siti"nin əsas heyət üzvü 6 ay yaşıl meydanlardan uzaq qalacaq

İngiltərənin "Mançester Siti" klubunun üzvü Rodri 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin dizinin çarpaz bağlarında yırtıq aşkarlanıb.

O, Premyer Liqanın V turunda "Arsenal"a (2:2) qarşı keçirilən matçda sıradan çıxıb.

İspaniya millisinin heyətində AVRO-2024-ün qalibi olan oyunçu cari mövsüm ölkə çempionatında 3 oyun keçirib.

O, meydana çıxdığı qarşılaşmalarda fərqlənə bilməyib.