23 sentyabr 2024 16:13
86

Aksiz markası olmayan siqaretlər aşkar edilib

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu ərazisində əməliyyat tədbirləri keçirilib.

Dövlət Gömrük Komitəsindən "İki sahil"ə bildirilib ki, əməliyyat nəticəsində yaşayış sahəsindən Azərbaycanın aksiz markası ilə markalanmayan 53 adda 30 360 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.