23 sentyabr 2024 23:26
81

Yağışlı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Xətai rayonu Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Eyni zamanda, Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.