26 sentyabr 2024 08:53
263

29 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Lənkəran şəhərində 29 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“İki sahil” xəbər verir ki,  1995-ci il təvəllüdlü Ağazadə Anar Bəxtiyar oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.