26 sentyabr 2024 11:56
566

"Yaşıl SAF 2024" layihəsinə regionlar üzrə 348 komanda qeydiyyatdan keçib

"Yaşıl SAF 2024" layihəsinə regionlar üzrə 348 komanda qeydiyyatdan keçib.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Yaşıl STEAM Azərbaycan festivalının keçirilməsi ilə əlaqədar baş tutan brifinqdə STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov deyib.

Onun sözlərinə görə, layihədə iştirak edəcək komandaların sayı Bakı üzrə 223-dür: "54 xarici komanda da layihə üzrə qeydiyyatdan keçib".