27 sentyabr 2024 10:31
398

Bakıda evdən 17 min manatdan çox pul oğurlanıb

Bakıda evdən 17 min manatdan çox pul oğurlanıb.

Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 26-da Qaraçuxur qəsəbəsində evlərin birindən 17700 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.