27 sentyabr 2024 14:29
400

ADY-də şəhidlərin xatirəsi yad edilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) inzibati binasında, vağzal və stansiyalarda qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“İki sahil” xəbər verir ki, bu barədə ADY “Facebook” səhifəsində paylaşım edib.

“Vətən uğrunda candan keçmək ən böyük fədakarlıq və sevgidir. Şəhidlər ölməz!”, - paylaşımda qeyd olunur.