28 sentyabr 2024 08:16
98

Ziya Bünyadov prospektindən "20 Yanvar" metro stansiyası istiqamətinə hərəkət məhdudlaşdırılıb

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb. Hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb.

“İki sahil” xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.