28 sentyabr 2024 08:56
72

7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Bakının Xətai rayonunda 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“İki sahil” xəbər verir ki,  2017-ci il təvəllüdlü Ə.B yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.