28 sentyabr 2024 13:36
92

Məktəblilərimiz 2-ci dəfə Beynəlxalq Kosmik Stansiya ilə əlaqə qurub

Bu gün azərbaycanlı məktəblilər 2-ci dəfə Beynəlxalq Kosmik Stansiya ilə radio əlaqə qurub.

“İki sahil” xəbər verir ki,  bu, gələn ay Bakıda keçiriləcək Ümumdünya Kosmos Həftəsi çərçivəsində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") və "Azərbaycan Radiohəvəskarlar Cəmiyyəti" İctimai Birliyinin təşəbbüsü ilə baş tutub. Görüşün keçirilməsində əsas məqsəd orta məktəblərdə oxuyan şagirdlərin kosmosa olan marağının artırılmasıdır. Məktəblilərin suallarını Beynəlxalq Kosmik Stansiyanın İtaliyadan olan kosmonavtları cavablandırıb.