28 sentyabr 2024 14:43
99

Ombudsmanın nümayəndələri Suriyadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib

Ombudsmanın nümayəndələri Suriyadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib.

“İki sahil” xəbər verir ki, bu barıdə  Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 18-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 4-ü uşaq, 1-i kişi, 1-i isə qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri həmin repatriantlarla görüşərək hüquqlarının təmini vəziyyətini araşdırıblar. Repatriantlarla görüş zamanı onların ümumi vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.

Görüş çərçivəsində həmçinin repatriantlara müvəkkilə müraciət imkanları barədə məlumat verilib.