28 sentyabr 2024 16:08
94

Afinada VI Avropa Olimpiya Akademiyasının Konqresi keçirilib

Yunanıstanın paytaxtı Afina şəhərində VI Avropa Olimpiya Akademiyasının Konqresi keçirilib.

“İki sahil”  Milli Olimpiya Komitəsindən verilən məlumata əsasən bildirir ki, 5 gün davam edən konqresdə Azərbaycanı Milli Olimpiya Akademiyasının vitse-prezidenti Fərid Mansurov təmsil edib.

Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun, Yunanıstan Olimpiya Akademiyasının vitse-prezidenti İlias Dalanias, Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos və Avropa Olimpiya Akademiyasının prezidenti Manfred Laemmerin də iştirak etdiyi konqresdə Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarından sonra Olimpiya Hərəkatının prespektiv imkanları müzakirə olunub. Daha sonra “Olimpiya proqramı ənənə və dəyişikliklər bir hissəsi kimi”, “mövcud vəziyyət və perspektivlər”, “Paris-2024-ün irsi və dünyaya mesajı“, “Milli Olimpiya Akademiyası ilə universitetlərin birgə əməkdaşlığı” mövzusunda çıxışlar olub.

Konqresin son iş günündə Avropa Olimpiya Akademiyasının mükafatlandırma mərsimi baş tutub.