28 sentyabr 2024 17:32
100

Eduardo Kamavinqa "Atletiko"ya qarşı matçda iştirak edə biləcək

İspaniyanın "Real" klubunun futbolçusu Eduardo Kamavinqa "Atletiko"ya qarşı La Liqanın VIII tur matçında iştirak edə biləcək.

“İki sahil” xəbər verir ki,  bu barədə "kral klubu"nun baş məşqçisi Karlo Ançelotti mətbuat konfransında bildirib. O, 21 yaşlı yarımmüdafiəçinin zədəsini tam sağaltdığını söyləyib. Mütəxəssis fransalı oyunçunun 90 dəqiqə meydanda ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, sentyabrın 29-da reallaşacaq Madrid derbisi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Real"ın aparıcı hücumçusu Kilian Mbappe zədə səbəbindən bu qarşılaşmanı buraxacaq.