28 sentyabr 2024 18:18
98

Pezeşkian: Əmr ABŞ-dən verilib

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullanı öldürmək əmri ABŞ-dan verilib və Vaşinqton bunun məsuliyyətindən qaça bilməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə dövlət başçısı İslam Respublikasının dövlət televizisiyasının efirində söyləyib. "Dünya unutmamalıdır ki, əmr ABŞ-dan verilib. Amerikalılar heç vaxt məsuliyyətdən qaça bilməyəcəklər", – o vurğulayıb.