28 sentyabr 2024 20:14
93

Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkil etdiyi turnirin bağlanış mərasimi Şuşa otelində baş tutub. Əvvəlcə Vüqar Həşimovun ömür yoluna və karyerasına həsr olunan video nümayiş etdirilib.
Sonra çıxış üçün ön söz gənclər və idman naziri Fərid Qayıbova verilib. Bağlanış mərasiminə gələn qonaqları salamlayan nazir turnirdə güclü şahmatçıların iştirak etdiyini vurğulayıb. O, bu cür yarışların Azərbaycan şahmatına böyük töhfə verdiyini söyləyib. F.Qayıbov prezident İlham Əliyev tərəfindən ölkəmizdə sözügedən idman növünə diqqət və qayğının yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Ardınca AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək Şuşa otelinə gələn hər kəsi görməkdən məmnun olduğunu bildirib. Qurum rəhbəri Vüqar Həşimovun dünyanın tanınmış şahmatçılarından biri olduğunu qeyd etməklə turnirin böyük tarixə malik olduğunu bildirib. O, yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib. Sayca 10-cu dəfə baş tutan Vüqar Həşimov Memorialının maraqlı anlarını əks etdirən video göstərilib.
Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı İsmayıl İsmayılova Vüqar Həşimov Memorialının direktoru Anar Allahverdiyev tərəfindən xüsusi hədiyyə təqdim olunub.

Sonda turnirdə ilk üç yeri tutan və həmçinin digər 5 şahmatçı mükafatlarla təltif olunub