28 sentyabr 2024 20:34
88

Qılıncoynadanlarımız qızıl və gümüş medallar qazanıblar

Yeniyetmə qılıncoynadanlarımız Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə qızıl və gümüş medallar medal qazanıblar.

“İki sahil” xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət milli komandamız Gürcüstanın Tbilisi şəhərində keçirilən "Cadet Circuit" turnirində qızıl medal qazanıb.

Valentina Zeynalova, Fərəh Abasova, Leyla Əhmədova və Züleyxa Sultanlıdan ibarət komandamız ilk görüşündə Gürcüstanın 2-ci komandasını 45:20 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. 1/2 finalda və həlledici görüşdə müvafiq olaraq Türkiyənin dördüncü və ikinci komandalarına 45:44 hesabı ilə qalib gələn yeniyetmə sablyaçı qızlarımız fəxri kürsünün ən yüksək pilləsində yer alaraq qızıl medal qazanıb!

"Cadet Circuit"in ilk yarış günündə həmçinin oğlan sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. Qrup mərhəlsini 4 qələbə ilə başa vuran yeniyetmə qılıncoynadanımız Abbas Hüseynov pley-offda Türkiyə və Ukraynanı təmsil edən idmançılara qalib gələrək finala kimi irəliləməyi bacarıb. Qızıl medal uğurunda keçirilən qarşılaşmada Gürcüstan təmsilçisi Giorgi Uruşadzeyə 7:15 hesabı ilə uduzan Abbas Hüseynov beynəlxalq turnirin gümüş medalına layiq görülüb.

Turnirə sentyabrın 29-da yeniyetmə qız sablyaçıların şəxsi və oğlan sablyaçıların komanda yarışları ilə yekun vurulacaq.