28 sentyabr 2024 20:58
46

Şuşada keçirilən Memorialın qalibi: İnanıram ki, Vüqar Həşimov Memorialı daim keçiriləcək

"Vüqar Həşimov şahmata xüsusi töhfələr vermiş qrossmeyster olub"

“İki sahil” xəbər verir ki,  bunu Vüqar Həşimov Memorialının qalibi olan rusiyalı şahmatçı Yan Nepomnyaşi (FIDE) turnirin ardından jurnalistlərə açıqlamasında deyib. Yarışı 19 xalla birinci sırada tamamlayan qrossmeyster qalib gəldiyi üçün sevincli olduğunu bildirib: "Belə bir turniri birinci sırada başa vurmaq sevindirici haldır. Vüqar Həşimov şahmata xüsusi töhfələr vermiş qrossmeyster olub. Onunla keçirdiyimiz partiyaları unutmamışam. İnanıram ki, Vüqar Həşimov Memorialı daim keçiriləcək".

Qeyd edək ki, xatirə turnirində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında mübarizə aparan Yan Nepomnyaşi Rapid növündə 10, blitsdə isə aktivinə 9 xal yazdırıb. O, yekunda 19 xalla turnirin baş mükafatını qazanıb.