28 sentyabr 2024 23:30
83

Onun qərarları da bizi xallardan etdi - Samir Abasov

“Bir az məyusuq. O da itirdiyimiz xallara görədir. Ardıcıl məğlubiyyətdən sonra səfərdə qələbə qazana bilərdik. Bu da yenidən ayağa qalxmaq üçün stimul olardı. Referiden də xoşum gəlmədi. Onun qərarları da bizi xallardan etdi”.

“İki sahil” xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 8-ci turunun “Neftçi” ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

“Yanılmıram. Dəfələrlə epizodlara baxdım. Roy Kehatın epizodunda təmiz penalti verilmədi. Son nöqtələrdə keyfiyyət məsələsinə görə xallardan olduq. “Neftçi” kimi komanda ilə görüşdə epizodlar da olur qapında. Biz də epizodlar əldə etdik. Son olaraq, futbolçunun üzərinə düşən rahatçılıq var idi. Orada axsadıq. Bu bizim üçün başlanğıcdır. Faciə yox idi. Öz gücümüzə inanırıq. Azarkeşlərimizə təşəkkür edirəm. Xallar itirmişdik, oyunlarda ruhsuz oyunlar idi. Məşqçilərdə və futbolçularda ruhsuz idi. Amma azarkeşlərimiz bizimlə birlikdə oldu. İstəyirdim ki, qalib gələk. ƏFsuslar olsun ki, olmadı. Ən yaxşısına çalışacağıq. Söz verirəm”, - mütəxəssis əlavə edib.