29 sentyabr 2024 11:15
538

Bakıda avtomobilin bir neçə gün əvvəl vurduğu 3 yaşlı uşaq ölüb

Bakıda avtomobilin 10 gün əvvəl vurduğu 3 yaşlı uşaq ölüb.

“İki sahil” xəbər verir ki,  sentyabrın 19-da Ramana qəsəbəsi Şuşa şəhərciyi qəsəbəsində Abdulla İsayev idarə etdiyi "Opel Astra" markalı avtomobillə 2021-ci il təvəllüdlü Kamil Əlizadəni vurub.

Azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.