29 sentyabr 2024 21:07
594

Duman bəzi yollarda görmə məsafəsini məhdudlaşdıracaq

Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq.

“İki sahil” xəbər verir ki, nu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, sentyabrın 30-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.