“Həyatımızın ən gözəl günlərini yaşayırıq, necə sevinməyək? Bunlar çox dəyərli hisslər, unudulmaz günlərdir”.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə Cəbrayıldan olan keçmiş məcburi köçkün Gündüz Qasımlı deyib. “Doğma yurdumuza öz ailəmlə, övladlarımla qayıdıram, çox xoşbəxtəm. Ən böyük arzum Cəbrayılda şəhid olan qardaşımın məzarını ziyarət etməkdir. Cəbrayıldan çıxanda körpə uşaq idim. Çox ağrılı, dəhşətli günlər idi. Qardaşım Cəbrayılın ilk şəhidlərindəndir. O günləri xatırlamaq mənim üçün çox ağırdır”, - o deyib. “Şükür bu günə ki, torpaqlarımız işğaldan azad olundu. Qısa müddətdə bərpa olundu, hələ də Cəbrayıl və digər azad olunmuş torpa