Ölkələr fövqəladə vəziyyətlər üçün ehtiyat fondları yaratmalıdır.
“İki sahil” xəbər verir ki, bunu Slovakiyanın Ali Audit Orqanının auditoru Vladimir Matus Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun (WGEA) Bakıda keçirilən illik toplantısında bildirib.
"Təbii fəlakətlərin vurduğu zərərləri qarşılayacaq ehtiyat fondları olmalıdır. Bu fondlar zərərlərin dərhal aradan qaldırılması və iqtisadi stabilliyin qorunması üçün vacibdir", - deyə o qeyd edib.
O, dövlət səviyyəsində fəlakətlərdən qorunmaq üçün sığorta mexanizmlərinin inkişaf etdirilməsini tövsiyə edib: "Bu, iqtisadi itkilərin sığorta təminatı ilə qarşılanmasını təmin edə bilər".
Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib