Bu ilin sonuna qədər Azərbaycanda "yaşıl istiqraz" ("green bond") qanunvericiliyi qüvvəyə minəcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə bildirib.
Onun sözlərinə görə, "yaşıl istiqraz"lar real sektorun iştirakçılarına maliyyə kanallarını şaxələndirməyə imkan verəcək.
"Yaşıl istiqraz" konsepsiyasına gəldikdə isə banklar kütləvi şəkildə, yekdilliklə və könüllü şəkildə maliyyə öhdəliyi götürüblər. Bu maliyyə xidməti kollektiv şəkildə Azərbaycanda "yaşıl keçid"ə töhfə verəcək. Bu, xüsusilə ev təsərrüfatlarına və kiçik sahibkarlara aiddir", - deyə sədr qeyd edib.
"Dayanıqlı maliyyə nə üçün vacibdir? AMB-nin sədri kimi bildirmək istəyirəm ki, maliyyə stabilliyi olmasa, maliyyə sektoru heç nəyə, o cümlədən "yaşıl keçid"ə dəstək göstərə bilməz", - deyə T.Kazımov əlavə edib.
Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib