Azərbaycanda "yaşıl istiqraz"lar banklar üçün yeni maliyə mənbəyi, ekoloji layihələrə sərmayə qoymaq istəyən investorlar üçün isə yeni maliyyə aləti ola bilər.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə bildirib.
"Hazırda ABA olaraq "yaşıl istiqraz"ların buraxılması istiqamətində işləri davam etdiririk, üzv banklarla birgə addımlar ataraq sektor çərçivəsində əməkdaşlığı təmin edirik. Bunun üçün Assosiasiyanın nəzdində müxtəlif istiqamətlərdə ekspert qrupları yaradılıb. ESG və dayanıqlı bankçılıq ekspert qrupu bu mövzu ilə bağlı yaradılmış ən yeni qrupdur. Ümumiyyətlə, bankların maliyyələşmə imkanın artırılmasının yollarından biri də kapital bazarıdır", - deyə o qeyd edib.
Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib