Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Qars layihəsinin inkişafı müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib. "Türkiyəyə işgüzar səfər çərçivəsində nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşdük. İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığı, Orta Dəhlizin daşıma potensialının artırılması üçün birgə görüləcək işləri, eləcə də Bakı-Tbilisi-Qars layihəsinin inkişafı məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
“Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması” mövzusunda sessiya təşkil olunub
“Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf” mövzusunda panel sessiya keçirilib