04 oktyabr 2024 18:27
120

Boksçularımız Qazaxıstandakı beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan boksçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

“İki sahil” xəbər verir ki,  Boks Federasiyasından verilən məlumata görə, millinin heyətində Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (92 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Yalnız finalda uduzan Nəbi İsgəndərov (71 kq) ikinci yeri tutub. Mübarizəni yarımfinalda dayandıran Tayfur Əliyev (60 kq) isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycanı Aktauda hakim kimi İlqar Qasımzadə təmsil edib.