05 oktyabr 2024 00:27
103

Rusiya Ukraynanın itkilərini açıqladı - 954-cü gün

Rusiya müharibənin 954-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 646 təyyarəsi, 283 helikopteri, 32 816 PUA-sı, 580 zenit-raket kompleksi, 18 524 tank və digər zirehli texnikası, 1 469 reaktiv yaylım atəş sistemi, 15 569 artilleriya və minaatanı, 26 915 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.