04 oktyabr 2024 19:51
129

Fərid Qayıbov Qazaxda tələbə-gənclərlə görüş keçirib - FOTO

Oktyabrın 4-də gənclər və idman naziri Fərid Qayıbov Qazaxa səfəri çərçivəsində Qazax Müəllimlər Seminariyası/ADA Universiteti Qazax Mərkəzində tələbə-gənclərlə görüş keçirib.

“İki sahil” xəbər verir ki,  görüşdə ADA Universitetinin magistrləri və Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri iştirak ediblər.

Nazir Fərid Qayıbov əvvəlcə mərkəzin tarixi, fəaliyyəti və burada yaradılmış şəraitlə tanış olub.

Görüşdə Fərid Qayıbov gənclərin suallarını cavablandırıb, gələcək planları, onların nailiyyətləri və fəaliyyətləri ilə maraqlanıb, təklif və arzularını dinləyib.