Bu ilin dekabr ayında Azərbaycanda Gömrük Forumu keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.
"Konfederasiya gömrük orqanları ilə birgə fəaliyyəti davam etdirir. Yaradılmış sahibkarlıq şuralarında qaldırılan məsələlər həllini tapır. Bu dialoq forması kimi bu ilin dekabrında keçiriləcək Gömrük Forumunun faydalı olacağına əminik", - o qeyd edib.
Z. Hacılının sözlərinə görə, Azərbaycanda 27 milyard manat təşkil edən ümumi kredit portfelinin 4 milyard manatı və ya 14 %-i ticarət sektorunun payına düşür: "Odur ki, bu sahə əhalinin məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması istiqamətində böyük işlər görülüb".
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
“Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması” mövzusunda sessiya təşkil olunub
“Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf” mövzusunda panel sessiya keçirilib