Yaxın günlərdə "Bakı Fond Birjası" QSC (BFB) investorlara qiymətli kağızların məsafadən ticarəti üçün imkan yaradacaq.
“İki sahil” xəbər verir ki, bunu BFB-nin məhsulun inkişafı üzrə rəhbəri Fərid Abbaszadə bildirib. "Bu, səhm və istiqrazların ticarətini daha əlçatan edəcək", - deyə o qeyd edib. Bundan başqa, Birja rəsmisi deyib ki, "yaşıl istiqraz" seqmentinin yaradılması və bu seqment üzrə stimullaşdırma layihələrinin həyata keçirilməsi üçün iş aparılır: "Biz hazırda Azərbaycan Mərkəzi Bankının maliyyə taksanomiyasını təsdiq etməsini gözləyirik ki, layihələrimizi ictimaiyyətə açıqlayaq. Dayanıqlı maliyyə alətlərinin ticarəti üçün açığıq və buna dəstək verməyə hazırıq".
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
“Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması” mövzusunda sessiya təşkil olunub
“Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf” mövzusunda panel sessiya keçirilib