2024-cü ilin 9 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 4825 zəng qəbul edilib.
“İki sahil” xəbər verir ki, daxil olan zənglərin 4140-ı elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 310-u təşəkkür xarakterli, 375-i isə digər məsələlərlə bağlı olub.
Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə qeydə alınıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib