Azərbaycanın iki böyük bankı öz sistemləri vasitəsi ilə dövlət xidmətlərini təmin edə biləcək.
“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müavini Rəşad Xalıqov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.
"Açıq hökumət" təşəbbüsləri çərçivəsində həyata keçiriləcək bu layihə pilot mərhələdədir. Onun icrası üçün iki böyük bankla danışıqlar aparılır. Bu, konseptual şəkildədir", - deyə o qeyd edib.
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
“Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması” mövzusunda sessiya təşkil olunub
“Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf” mövzusunda panel sessiya keçirilib