Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 27 milyard 737 milyon manat, xərcləri isə 25 milyard 174,3 milyon manat təşkil edib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,6 % və 8,4 % çoxdur.
Son nəticədə 9 ayda büdcədə ümumi daxili məhsulun 2,8 %-i qədər - 2 milyard 562,7 milyon manat profisit yaranıb. Ötən ilin eyni dövründə büdcədə 1 milyard 137,5 milyon manat kəsir olmuşdu.
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
“Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması” mövzusunda sessiya təşkil olunub
“Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf” mövzusunda panel sessiya keçirilib