Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Bu barədə "İki sahil"ə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonu, Kənar Dairəvi yolda baş verib.
Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaransa da, polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətinin təmin edilməsi üçün işlər görülüb.
Müşahidələr göstərir ki, bu kimi hadisələr nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi Zığ dairəsi-Hava Limanı yolunda, Heydər Əliyev və Ziya Bünyadov prospektlərində də baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, “Yol hərəkəti haqqında” Qanunun 43-cü maddəsinə əsasən avtomagistrallarda nəqliyyat vasitələrinin geriyə hərəkət etməsi qadağandır.
Dövlət büdcəsi gəlirlərində neft gəlirlərinin payının 2030-cu ilədək 30 faizə qədər azaldılması nəzərdə tutulur
Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəki yaratmağı hədəfləyirik - Pərviz Şahbazov
İqtisadi şaxələndirmə üçün xarici investisiyaların cəlb edilməsinə fokuslanmışıq - Taleh Kazımov
“Carlsberg Group” ilə içki sənayesinin inkişafı üzrə strateji tərəfdaşlıq müzakirə edilib
SOCAR beynəlxalq fəaliyyətinin genişləndirilməsi üçün "Brookfield" ilə əməkdaşlıq edəcək