Hazırda hərbi eskalasiya təhlükəsi yoxdur, sərhəddə vəziyyət nisbətən stabildir.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan Azərbaycanla müharibənin mümkünlüyü barədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Baş Qərargahın təhlilləri müharibənin mümkünlüyü barədə danışmağa əsas vermir.
Demarkasiya prosesindən danışan Baş Qərargah rəisi hər şeyin sülh yolu ilə gedəcəyinə əmin olduğunu vurğulayıb.
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb