İlk dəfədir ki, Gürcüstanda tam proporsional sistem üzrə keçirilən seçki çox yaxşı təşkil olunmuşdu.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.
Deputat bildirib ki, Gürcüstanda müxalifət seçkiyə hazırlıqsız qatılıb: “Onlar sadəcə “Qərb bizə kömək edəcək” düşüncəsində idilər. “Gürcü Arzusu” isə seçkilərə çox yaxşı hazırlaşmışdı. ABŞ iddia edir ki, gürcü xalqının 80 %-i Avroatlantik dəyərləri dəstəklədiyindən “Gürcü Arzusu” seçkini qazana bilməzdi. Bu, gülünc iddiadır”.
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB/FOTO