31 oktyabr 2024 11:01
405

İrəvan Bakı ilə sülh sazişinin tam şəkildə razılaşdırılacağına ümid edir

"Ermənistan və Azərbaycan demarkasiya üzrə iki ölkənin komissiyalarının fəaliyyətinin reqlamentinin qüvvəyə minməsi barədə bir-birlərinə məlumat verəcəklər. Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh sazişi layihəsini tam şəkildə razılaşdıra biləcək."

"İki sahil" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Yaxın vaxtlarda Ermənistan və Azərbaycan bir-birinə reqlamentin (demarkasiya üzrə iki ölkənin komissiyalarının fəaliyyəti-red.) qüvvəyə minməsi barədə məlumat verəcəklər”, - nazir vurğulayıb.