Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqres var.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə telefon danışığı zamanı deyib.
Nazir Ceyhun Bayramov müqabil tərəfi Azərbaycanın bölgəmizdə dayanıqlı sülhün təsis edilməsi üzrə baxışları, bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla sülh prosesi barədə ətraflı məlumatlandırıb.
XİN başçısı ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparıldığı, eyni zamanda Ermənistan Konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyi diqqətə çatdırılıb.
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB/FOTO
Japarov: Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri dayanıqlı iqtisadi əlaqələrlə möhkəmləndirilməlidir
Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib
Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir
Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib