01 noyabr 2024 11:34
278

Taleh Kazımov: Valyuta bazarına satışyönlü müdaxiləmiz davam edəcək

Azərbaycan Mərkəzi Bankının valyuta bazarına satışyönlü müdaxiləsi bu ilin sonuna qədər davam edəcək.

“İki sahil” xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib.

"Oktyabrda 424 milyon ABŞ dolları məbləğində valyuta satışımız olub. Bu da dövlət ehtiyacının ödənilməsi ilə bağlıdır. Gözlənilir ki, növbəti 2 ayda da satışımız olsun", - deyə o qeyd edib.