Azərbaycan Mərkəzi Bankı neftin orta qiymətini 2024-cü il üzrə 81,4 dollar, 2025-ci il üzrə 79,2 dollar proqnozlaşdırıb.
“İki sahil” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O əlavə edib ki, AMB təbii qazın orta qiymətini bu il üzrə 290 dollar, 2025-ci il üzrə 340 dollar proqnozlaşdırıb.
Bakıda görüşərik: BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Bakıdan bütün dünyanı salamlayıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək