Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə inklüzivliyi ilə bağlı dövlət proqramı hazırlayır.
“İki sahil” xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib.
"Sənəd razılaşdırma mərhələsindədir. İnklüzivlik proqramına əsasən, bir çox aspektdən maliyyə əlçatanlığını artırmaqla bağlı tədqiqatlar aparılacaq. Bununla bağlı bir sıra dövlət qurumlarının üzərinə düşən öhdəliklərlə bağlı layihələr həyata keçiriləcək", - deyə o qeyd edib.
Bakıda görüşərik: BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Bakıdan bütün dünyanı salamlayıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək