Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) 2 ildən çoxdur ki, məhdud tərkibdə - 3 nəfərlə fəaliyyət göstərir.
“İki sahil” xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov keçirdiyi brifinqdə, İH-nin tərkibinin genişləndirilməsinə münasibət açıqlayarkən bildirib.
"2024-cü ilin əvvəlində elan etdiyimiz strategiyanın həyata keçirilməsi 3 nəfər üçün çətin olacaq. Qarşımızda qoyulan hədəflərə nail olmaq üçün İH-nə yeni üzvlər təyin edilir", - deyə o qeyd edib.
Mikayıl Cabbarov: “Zəylik” alunit yataqları üzrə araşdırmalar davam etdiriləcək
"Azerbaijan International Mining Company Limited" şirkətinin hasilatı 7 dəfə artıb