Milli Məclisdə Qanunvericilik dili və hüquq terminologiyası şöbəsinin yaradılması təklif olunur.
“İki sahil” xəbər verir ki, bu təkliflə MM-in sədr müavini Rafael Hüseynov parlamentin bu gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” qanunda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər: “Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir”.
Milli Məclisin sədri Sahibə Qafarova da deputatın fikirləri ilə razılaşdığını söyləyib: “Qanun layihələri bizə gəlmədən öncə linqvistik ekspertizadan keçirilir. Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır. Bununla razıyam”.
Japarov: Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri dayanıqlı iqtisadi əlaqələrlə möhkəmləndirilməlidir
Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib
Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir
Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib