01 noyabr 2024 14:01
334

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət-naviqasiya sistemləri quraşdırılıb - Azər Fərəcov

ADY-nin bütün strukturları, 1 noyabr tarixindən etibarən, Bakıda keçiriləcək COP29 Qlobal İqlim Konfransına hazırlıq çərçivəsində gücləndirilmiş iş rejiminə keçib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarında Sərnişindaşımlar departamentinin rəisi Azər Fərəcov COP29 tədbirinə hazırlıq çərçivəsində media nümayəndələri üçün təşkil olunmuş brifinqdə deyib.

"Belə ki, stansiya və vağzallarda xidmət göstərən əməkdaşların sayı artırılaraq əlavə işçi qüvvəsi cəlb edilib.

Sərnişinlərlə birbaşa ünsiyyətdə olan 300-dən çox əməkdaş COP29 zamanı yüksək keyfiyyətli xidmət göstərmək üçün müştəri xidmətlərinə dair və ingilis dili üzrə təlimlərdə, həmçinin ətraf mühitin mühafizəsi mövzusunda seminarlarda iştirak edib.

Sərnişinlər üçün COP29 tədbiri haqqında məlumatlılığın artırılması, həmçinin səyahət təcrübəsinin təkmilləşdirilməsi məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət-naviqasiya sistemləri, o cümlədən işarələr, monitorlar və s. quraşdırılıb", - o bildirib.