Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak “La Repubblica” qəzetinə müsahibəsində bildirib ki, Ukrayna ABŞ-ın seçilmiş rəhbəri Donald Trampa mineral ehtiyatların birgə işlənməsini, eləcə də Avropada müdafiəni təklif edə bilər.
“İki sahil” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
“Biz hərbi hazırlığı artırmışıq və Trampa müxtəlif regionlarda, ilk növbədə Avropada Amerika kontingentinin qismən dəyişdirilməsini təklif edə bilərik”, - deyə, o, bildirib.
Podolyak qeyd edib ki, Ukraynada nadir minerallar, o cümlədən litium və titan ehtiyatları var.
Eyni zamanda, Zelenskinin ofisinin rəhbərinin müşavirinin sözlərinə görə, Ukrayna hakimiyyəti Trampdan ən azı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsini gözləyir.